AZ

Milli Məclisin Türkiyə ilə əlaqələr üzrə işçi qrupunun üzvləri TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə bildiriblər ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğunu bildirib. O, bu səfərin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını, əlaqələrimizin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına söykəndiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.

Söhbət zamanı parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu xüsusi vurğulanıb. Tərəflər dostluq qrupları arasında təmasların qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini söyləyiblər, qarşılıqlı səfərlərin, mütəmadi təmasların əhəmiyyəti ilə bağlı fikirlər səsləndiriblər.

Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Musa Quliyev, Elşən Musayev, Ağalar Vəliyev, Heydər Əsədov, Elnarə Akimova, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Orhan Erdem, Derya Ayaydın, Veysal Tipioğlu, Cüneyt Yüksel, Uğur Bayraktutan, Yusuf Beyazit, Vedat Bilgin, Cantürk Alagöz, Ahmet Erbaş qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən danışıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.

Seçilən
27
8
ikisahil.az

9Mənbələr