AZ

Cənab Prezident növbəti dəfə master-klass keçdi



"Dövlət başçısının “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibənin ana xəttini, bu günki Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri, qlobal və regional təhlükəsizlik, qonşu dövlətlərlə əməkdaşlıq, Ermənistanın sürətlə silahlandırılması, sülh danışıqları, enerji təhlükəsizliyi, COP-29 və s. məsələlər təşkil edirdi".

Bu fikirləri Newscenter.az-a səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, “Rossiya seqodnya” Agentliyi Rusiyanın ən nüfuzlu, geniş auditoriya kütləsinə, güclü maliyyə resurslarına, ictimai rəyə təsir imkanlarına malik beyin mərkəzidir:

"Qürur hissi ilə demək olar ki, cənab Prezident, özünəməxsus peşəkarlığı, tarixi bilikləri, dünyagörüşü ilə, növbəti dəfə master-klass keçdi. Dünyada və regionda baş verənlərlə bağlı Azərbaycanın apardığı siyasəti bəyan etdi. Regionda sülhün əldə olunmasına maneçilik törədən amilləri, ölkəmizə qarşı qərəzli davranışları ilə seçilən ölkələrin adlarını açıqladı. Ermənistana, onun arxasında duran, onu silahlandıran Makron Fransasına, Hindistana, Amerika Birləşmiş Ştatlarına, digər lobbiçiliklə məşğul olan dövlət və təşkilatlara mesajlarını çatdırdı. Hadisələrin gərginləşdirilməsinə yox, əksinə gərginliyin azaldılmasına çağırış etdi".

Deputat qeyd edib ki, bütün bunlar əlavə isbata ehtiyacı olmayan faktlardır:

"Hesab edirəm ki, Prezidentin mesajlarından düzgün nəticə çıxarılacaq və bölgədə sülh, əmin-amanlıq bərpa olunacaqdır".

Süleyman
Seçilən
5
newscenter.az

1Mənbələr