"Ukraynadakı xüsusi hərbi əməliyyatın nə qədər davam edəcəyini təxmin etmək olmaz".
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi böyük mətbuat konfransında deyib.
“Döyüş əməliyyatları mürəkkəbdir, ona görə də qabaqcadan nəsə demək çətin və faydasızdır. Xüsusi hərbi əməliyyatın əvvəlində qeyd etdiyimiz əsas vəzifələrin həllinə doğru irəliləyirik”.
Rusiya lideri bildirib ki, xüsusi hərbi əməliyyat zonasında vəziyyət kəskin şəkildə dəyişir.
“Hərəkət bütün cəbhə xətti boyunca gedir, söhbət 100, 200, 500 metr irəliləməkdən getmir, mən vurğulamaq istəyirəm ki, bizim döyüşçülərimiz hər gün ərazini geri qaytarırlar” .
Kursk vilayətindəki vəziyyətə gəlincə, Rusiya prezidenti vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin oradan nə vaxt çıxarılacağı ilə bağlı təsəvvürü var, lakin konkret tarix deyə bilməz.
“Hərbçilərimiz döyüşür, biz onları mütləq nokaut edəcəyik, amma konkret tarix deyə bilmərəm, baxmayaraq ki, planlar var”, - deyə Putin qeyd edib.
Rusiya lideri əsgərlərə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə təşəkkür edib.
Rusiya Ukraynada apardığı müharibəyə 2022-ci il fevralın 24-də başlayıb. /modern.az/