Braziliyalı məşhur futbolçu Neymar ötən ilin yayında PSJ-dən ayrılaraq "Əl-Hilal"a keçməsinin səbəbini açıqlayıb.
Yenisabah.az "RMC Sport"a istinadla xəbər verir ki, 32 yaşlı forvard Paris təmsilçisinin artıq onu istəmədiyinə görə komandadan ayrıldığını bildirib:
“PSJ-dən ayrılmaq qərarına gəldim. Bundan dərhal sonra “Əl-Hilal”dan təklif aldım. Mən artıq Parisdə xoşbəxt deyildim. Klub və məşqçi məni komandada istəmirdi. Artıq mənimlə bu barədə danışmışdılar, ona görə də qərar verməli oldum. "Əl-Hilal"ın təklifini bəyəndim. Mən bu klubu, yerli mədəniyyəti, çempionatı tanıdım və sevdim”.
Neymarın "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Telegram kanalımız