Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) idarə heyətinin qərarı ilə Mədəniyyət telekanalının dirketor müavini, Prezident mükafatçısı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev Mərkəzin sədr müavini təyin olunub.
Niftəliyev Bəhruz Allahverdi oğlu 8 may 1987-ci ildə Bakı şəhərində, ziyalıailəsində anadan olub. Bakı şəhəri, Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Televiziya rejissorluğu” ixtisasına qəbul olub. Tələbəlik illərində fəal gənc kimi "İlyas Əfəndiyev” adına xüsusi təqaüdə layiq görülüb. Universitetin müvafiqixtisası üzrə bakalavr və magistatura pillələrini fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə "Müasir Azərbaycan televiziya efirinin struktur problemləri” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Həmin il Prezident mükafatına layiq görülüb. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Qərbi Azərbycan İcmasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Müdafiə Şurasının Seminar üzvüdür.
Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də müxbir kimi başlayıb. "Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. Hazırda Mədəniyyət telekanalının direktor müavinidir. Bir sıra bədii-sənədli filmlərin müəllifidr.