Bakı, 19 dekabr, AZƏRTAC
Bakı üzrə 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət məktəbdən kənarda qalmış şəxslər üçündür. Bu, onların fərdi qaydada təhsil almalarına şərait yaradır.