AZ

Azərbaycanda su və istilik elektrik stansiyalarının istehsal həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su ilə işləyənstansiyalar 2 milyard 720,2 milyon kVt-saat elektrik enerjisiistehsal edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1milyard 132,4 milyon kVt-saat (71,3%) çoxdur.

Hesabat dövründə istilik elektrik stansiyalarında 20 milyard261,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu daəvvəlki ilin eyni dövrünə nisbətən 2 milyard 126,2 milyon kVt-saat(9,5%) azdır.

Eyni zamanda cari ilin ilk 11 ayı ərzində tulantılarınyandırılmasından 182,8 milyon kVt-saat elektrik enerjisi istehsalolunub. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə5,8% çoxdur.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 24milyard 360,2 milyon kVt-saata yaxın elektrik enerjisi istehsaledilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 572,1 milyonkVt-saat (2,3%) azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qazvə buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сüilin yanvar-noyabr aylarında 2789,7 milyon manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib.

Seçilən
4
1
az.trend.az

2Mənbələr