Aktual.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya bildirib.
"Yəmən silahlı qüvvələrinin raket qoşunları Yaffa bölgəsində İsrailin iki mühüm hərbi obyektinə Fələstin-2 hipersəs ballistik raketi ilə hücum edib. Hədəflər uğurla vurulub”, - Səriya bildirib.
Onun sözlərinə görə, raket zərbəsi İsrailin Yəmənə endirdiyi zərbə ilə eyni vaxtda həyata keçirilib.
Qeyd edək ki, husilər 16 dekabrda da eyni hərbi obyektə zərbə endirmişdi.