ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycana qarşı şər kampaniyasını ölkəmizdə guya söz azadlığı sahəsində olan problemlərin olması ilə izah etməyə cəhd edən ABŞ səfirliyinin diqqətinə çatdırmaq istərdik ki, bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir.
"ABŞ-nin hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrı-seçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirmişdir. Biz Qərbi Azərbaycan İcması olaraq bu ədalətsiz yanaşmanı, ayrı-seçkiliyi daim hiss edirik.