Qahirədə D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammiti işə başlayıb. Azərbaycanın Baş naziri Əli Əsədov sammitdə iştirak edir.
Bizim.Media “əl-Əhram” portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.
Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb.
Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir.
Misir gələn ilin sonunadək D8-ə sədrlik edəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta