AZ

Ərdoğan D-8 sammitində Azərbaycana təşəkkür edib, Suriyaya mesaj göndərdi

Prezident Rəcəb Tayyib Ərdoğan Qahirədə keçirilən D-8 Təşkilatının 11-ci Zirvə Toplantısında çıxış edərək, burada iştirak etdiyi üçün Azərbaycana təşəkkür edib, daha sonra isə suriya vətəndaşlarının yanında olduqlarını vurğulayıb.

Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 Zirvə Toplantısının Açılış Sessiyasında və Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi sessiyada iştirak edib.

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar:

Təəssüf ki, artan münaqişələr, böhranlar və müharibələr şəraitində qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə cavabdeh olan qurumlar üzərinə düşən vəzifələri yerinə yetirmir.

Düşünürəm ki, biz D-8-in mövcud imkanlarından KOS-ların dəstəklənməsi istiqamətində daha səmərəli istifadə etməliyik.

Misirin Preferensial Ticarət Sazişini təsdiqləməsi ilə artıq sazişi daha geniş çərçivədə həyata keçirmək mümkün olacaq.

Biz dünyanın ən böyük aviasiya və kosmos festivalı olan TEKNOFEST-ə ən az inkişaf etmiş ölkələri daxil etməklə qlobal ədalət və inkişafa töhfə verməyi hədəfləyirik.
Son illər ciddi irəliləyişlər əldə edən, təşkilatımıza üzv olan Azərbaycanla dünənkindən də güclüyük. Mən qardaş Azərbaycanı D-8 ailəmizdə salamlayıram.

Suriya xalqının birliyə, həmrəyliyə və ölkəsini dirçəltməyə ehtiyacı var. Suriya tez bir zamanda ayağa qaldırılmalıdır. Terrordan azad Suriyanın qurulması bizim səmimi gözləntimizdir. D-8 olaraq hesab edirəm ki, biz suriyalı qardaşlarımızın yanında olmalıyıq. Suriyada sabitliyin təmin edilməsi üçün səylərimizi davam etdirəcəyik.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr