AZ

Kaya Kallas: ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsində Çin qalib gələcək

Bakı, 19 dekabr, AZƏRTAC

ABŞ Avropa İttifaqına (Aİ) qarşı ticarət müharibəsinə başlayacağı təqdirdə, bunun yeganə qalibi Çin olacaq.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bu barədə Brüsseldə Aİ sammitinə gələrkən deyib.

“Aramızda ticarət müharibəsi başlasa, bundan ən çox qazanan yeganə ölkə Çin olacaq”, - deyə Kaya Kallas bildirib. Onun sözlərinə görə, nə Avropa İttifaqı, nə də Birləşmiş Ştatlar ticarət müharibəsində maraqlı deyil.

Bir müddət öncə “The Washington Post” qəzeti Donald Trampın tətbiq etmək istədiyi rüsumların Avropa İttifaqı ölkələrinə ciddi iqtisadi ziyan vuracağını və Brüsselin Vaşinqtonla münasibətlərini korlayacağını yazıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard hesab edir ki, Avropa liderləri rüsumlarla bağlı Donald Trampın rəhbərlik etdiyi yeni administrasiya ilə əməkdaşlığa başlamalı, həmçinin ticarət müharibəsindən yayınmaq üçün Amerika mallarını daha çox almalıdırlar.

Seçilən
9
azertag.az

1Mənbələr