AZ

Misir Prezidenti: Regionda münaqişənin genişlənməsi ehtimalı var

Regionda münaqişənin genişlənməsi ehtimalı var.

“İki sahil” xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə deyib.

“İsrailin Fələstin xalqına qarşı müharibəsi beynəlxalq qətnamələrə və təsdiqlərə meydan oxumaqla davam edir. Qəzzadakı münaqişənin Livan və Suriyada olduğu kimi, digər ölkələrə də sirayət etmə riski var. Suverenlik və ərazi bütövlüyünə qarşı hücumların şahidi oluruq ki, bu da gərginliyin artması və regionda alovlanma ehtimalına malikdir”, - Misir lideri qeyd edib.

Seçilən
2
3
ikisahil.az

4Mənbələr