AZ

“Bir Kouçum Var” layihəsi tələbələrin karyera inkişafını dəstəkləyir

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən, tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləyən “Bir Kouçum Var” layihəsinin təqdimatı olub...

Layihənin məqsədi tələbələrin karyera planlarını dəqiq müəyyən etmələrinə, potensiallarını kəşf etmələrinə və gələcək hədəfləri istiqamətində düzgün addımlar atmalarına dəstək olmaqdır.

Layihə Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsi və AzTU-nun birgə əməkdaşlığı ilə həyata keçirilib. Layihə rəhbəri AzTU-nun İnsan Resursları Departamentinin direktoru Aytən Şıxalıyeva bu təşəbbüsün tələbələrin şəxsi inkişafı və karyera uğurları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Bir Kouçum Var” layihəsi çərçivəsində tələbələrə beynəlxalq dərəcəli peşəkar kouçlar tərəfindən 4-6 sessiyadan ibarət onlayn formatda fərdi kouçinq xidməti təqdim edilib. Bu xidmət tələbələrə şəxsi hədəflərini müəyyən etmək, güclü tərəflərini aşkara çıxarmaq və gələcəkdə uğur qazanmaq üçün lazım olan addımları atmaqda kömək edəcək. Layihə tələbələr üçün ödənişsiz əsaslarla həyata keçirilir.

Layihə tələbələrə yalnız karyera sahəsində deyil, həm də şəxsi həyatlarında uğurlarını artırmaq üçün əhəmiyyətli bir fürsət təqdim edir. Hər bir tələbə peşəkar kouçların dəstəyi ilə öz potensialını yüksək səviyyədə inkişaf etdirmək imkanı qazanır.

Qeyd edək ki, layihənin davamlı olması və daha geniş auditoriyaya xidmət etməsi məqsədilə “Bir Kouçum Var”ın digər ali təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüsün tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək üçün bütün ölkə üzrə genişlənməsi nəzərdə tutulur.

 

Poliqon.info

Seçilən
7
9
poliqon.info

10Mənbələr