AZ

“Bəşər Əsədlə hələ görüşməmişəm”-PUTİN

Rusiya Prezidenti Vladimir Putin hazırda Moskvada olan Suriyanın keçmiş Prezidenti Bəşər Əsədlə hələ görüşmədiyini açıqlayıb.

TASS xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.

“Prezident Əsədlə Moskvaya gəldiyindən bəri hələ görüşməmişəm. Lakin bunu etməyi planlaşdırıram”, – deyə Rusiya lideri qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirib, dekabrın 8-də isə Dəməşqə daxil olublar. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra ailəsi ilə birlikdə Rusiyaya qaçıb.

 

Seçilən
4
3
azpost.info

4Mənbələr