AZ

Uğursuzluqdan sonra iş tapa bildi

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri bəlli olub.

News24.az xəbər verir ki, 59 yaşlı ukraynalı mütəxəssis karyerasını vətənində davam etdirəcək.

Azərbaycanı tərk etdikdən sonra klubsuz olan çalışdırıcı Çerkassk təmsilçisi LNZ-yə rəhbərlik edəcək. Yenidən Ukrayna Premyer Liqasına qayıdan Qriqorçuk ötən həftə istefaya göndərilən ispaniyalı Andres Karraskonu əvəzləyib.

Qeyd edək ki, 2024-cü ilin yayında “Neftçi”nin baş məşqçisi təyin edilən Qriqorçuk I dövrənin 9 oyunundakı qələbəsizlikdən sonra komandadan ayrılıb.



Seçilən
6
news24.az

1Mənbələr