34 yaşlı rusiyalı teleaparıcı Svetlana Savitskaya Parisdə avtomobil tərəfindən vurularaq öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “StarHit” modelin tanışına istinadən məlumat yayıb.
“Qarşı-qarşıya gələn iki avtomobil toqquşmadan qaçmaq üçün biri kəskin dönüş edib və nəticədə piyadanı vurub. Məlum olub ki, vurulan şəxs Svetlanadır”, - mərhumun dostu nəşrə bildirib.
Teleaparıcı ilə vida mərasimi dekabrın 23-də baş tutacaq. O, Moskvada Troekurovskoye qəbiristanlığında dəfn olunacaq.