AZ

"Məktəblərdə reytinq sistemi hazırlamaq lazımdır" - Ekspert

Dünyanın bir çox inkişaf etmiş ölkələrində musiqi, təsviri incəsənət, texnologiya kimi fənnlərə xüsusi önəm verilir. Çünki bu sahələr uşaqların inkişafında böyük rola malikdir. Ölkəmizdə isə bu kimi fənnlər ikinci dərəcəli hesab olunur və tədrisinə bir o qədər də ciddi yanaşılmır.

Mövzu ilə bağlı SİA-ya danışan təhsil üzrə ekspert Elşad Qarayev bildirib ki, fənlərin bölgüsü istiqamətlərinə görə, 3 qrupa bölünür: "Fiziki sağlamlıq tələb edən fənlər, bunlar-fiziki tərbiyə dərsləri və çağırışa qədər hazırlıq dərsləridir. Birdə bacarıq tələb edən fənlər - xarici dil, informatika, təsviri incəsənət, musiqi və texnologiya dərsləridir. Yerdə qalanlar isə bilik ümumi fənləridir. Bunlar tədris dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix. Bu fənlərin hər birinin tədris olunmasında məqsəd, hədəf var. Ümumtəhsil məktəblərində ikinci dərəcəli fənn yoxdur.

Məktəblərdən təlim-tərbiyə əvəzinə yalnız statistik nəticələr tələb olunur. Bu zaman buraxılış imtahanlarına xüsusilə diqqət yetirilir. Ona görə də buraxılış fənləri üzrə məktəb rəhbərləri daha çox qayğı göstərirlər. Bu da onunla bağlıdır ki, təhsildə nəzarət sistemində keyfiyyətin ölçülməsi ilə ciddi yanlışlıqlara yol veririk. Məktəblərdə təlim-tərbiyə prosesinin ölçülməsi ilə bağlı meyarlar yoxdur. Mən hesab edirəm ki, bunun səbəbi məktəblərdə deyil, təhsil idarəetmə qurumlarında tədrisin keyfiyyətinə nəzarətin düzgün aparılmamasıdır. Məktəblərdə reytinq sistemi hazırlamaq lazımdır."

Müəllif: Seyranə Quliyeva
Seçilən
10
sia.az

1Mənbələr