AZ

Vaşinqtonda hakimiyyətin yeni administrasiyaya verilməsi prosesi başlayır

Çərşənbə günü Dövlət Departamentində ABŞ-ın getməkdə olan dövlət katibi Entoni Blinken Florida ştatından senator,  prezident Donald Trampın ABŞ-ın növbəti dövlət katibi təyin etdiyi Marko Rubio ilə görüşüb, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Yaxşı, konstruktiv və məzmunlu söhbət oldu", - brifinqdə mətbuat katibinin müavini Vedant Patel deyib.

Beynəlxalq Münasibətlər Şurasında çıxış edən Blinken deyib ki,  Bayden administrasiyası "Ukraynanın öz müstəqilliyini qorumasına və Rusiya təcavüzünün qarşısını almasına imkan yaratmaq üçün prezident Trampa Rusiya ilə gələcək danışıqlarda maksimum əlverişli fürsət vermək" istəyir.

Blinken Suriyadan və ABŞ-ın siyasətinin davam elməsindən də danışıb. Prezident Trampın ilk rəhbərliyi dövründə qazandığı uğurlardan biri İŞİD yaratmağa çalışan xilafətin ləğvi olub.

Seçilən
7
turan.az

1Mənbələr