Rusiya prezidenti Vladimir Putin Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvaya gəldikdən sonra hələ onunla görüşmədiyini bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, Əsədlə görüşməyi planlaşdırır.
"Mən prezident Əsəd Moskvaya gələndən sonra onunla hələ görüşməmişəm, amma bunu etməyi planlaşdırıram", - Outin deyib.
Daha əvvəl “Reuters” iki mənbəyə istinadən “yüksək ehtimalla” Əsədin təyyarə qəzasında öldüyünü bildirib. Bundan sonra Kremldəki mənbə TASS-a bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər.
Bəşər Əsəd mətbuat xidmətinin Teleqram kanalında Suriyada baş verən son hadisələr zamanı Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsinə qədər istefa vermək və ölkədən qaçmaq ehtimalını nəzərdən keçirmədiyini bildirib.
Zaur, BakuPost