AZ

Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR

Quba rayon sakinləri Reallıq. Tv - yə müraciət edərək rayonda məmur özbaşınalığından şikayətlənirlər. Vətəndaşlar müraciətində qeyd edirlər ki, onların şikayətlərinə məhəl qoyulmur. Cənab Prezidentə yazılan məktublar poçt şöbələrindən yoxa çıxır. İcra başçısı Mahmudov İlqar Akif oğluna yazılanlar da ünvana çatmır. Qubada baş verən bu özbaşınalığ sadə vətəndaşlar arasında etirazla qarşılanmaqdadır.

Reallıq. Tv - nin apardığı araşdırmalar zamanı məlum olub ki, rayon sakinlərinə süni problemlər yaradan, idarə və müəssisələrdən aylıq haqq tələb edən dəstənin başında rayon İcra Hakimiyyətinin ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ Şöbəsinin müdiri Bayramov Rəsul Rüstəm oğlu dayanır. Rayonun keçmiş icra başçısı Ziyəddin Əliyevin "QARA KASSASI" hesab olunan bu məmur nə sirrdirsə hazırkı rayon rəhbərliyini də toruna sala bilib. Bu vəzifəyə təyinatından sonra rayon İcra Hakimiyyətində idarə və müəssisə rəhbərlərini "çarmıxa" çəkən şöbə müdiri qarşıdan gələn bələdiyyə seçkilərindən yararlanmaqdadır. Rayonda fəaliyyət göstərən bələdiyyələrə namizədliyini verənlər mütləq Rəsul Bayramovun "xeyir duasını" almalıdırlar. Əks təqdirdə namizədlikləri müxtəlif bəhanələrlə əngəllənməkdədir. Acı da olsa qeyd etməliyik ki, rayonda sahibkarlarda bu məmurun özəl qaydalarından beziblər. Sahibkarlardan tez tez qanunsuz tələbdə bulunan Rəsul Bayramovun cəzasızlıq mühitindən faydalandığı sirr deyil. Ölkə başçısının sahibkarlarla bağlı tapşırıq və tövsiyələrinə məhəl qoymayan şöbə müdiri özünə geniş biznes şəbəkəsi də formalaşdırıb. Dəbdəbəli villalar, bahalı avtomobillərin sahibi kimi tanınan və məşhurlaşan məmurun küllü miqdarda var dövlət sahibi olduğu danılmaz faktdır. Məmurlardan və sahibkarlardan alınan qanunsuz pullar hesabına varlanan şöbə müdiri rayonda qohumlarına da şərait yaratmağı unutmayıb. Hamını öz özəl qaydalarına tabe edən bu məmuru "QƏZƏBLİ FANTAMAS" - adlandırırlar. Bələdiyyə sədrləri, icra nümayəndələri ən az ayda bir dəfə Rəsul Bayramovun qəbuluna gəlməli və onun qanunsuz tələblərini icra etməlidirlər. Maraqlı faktlardan biri də odur ki, sadə vətəndaşlar sahib olduqları torpaq sahələrində daşı daş üstə qoymaq üçün Rəsul müəllimin rüşvət tələbini yerinə yetirməlidirlər. Şöbə müdirinin tələblərini icra etməkdən imtina edən, şikayətçi olan rayon sakinlərinin yazdıqlarına isə məhəl qoyan yoxdur. Rəsul Bayramov yazılan müraciətlərin yuxarılara çatmaması üçün bütün çirkin yollara əl atır.

Şöbə müdirinin qanunsuz əməlləri təkcə bunlarla bitmir. Rayonda kadr dəyişiklikləri də Rəsul Bayramovun özəl qaydalarına uyğun həyata keçirilir. Hər işin öz qiyməti var deyən Rəsul Bayramov ondan şikayətçi olanları hədələməkdən də çəkinmir. "Mənim arxamda Prezident aparatındakı dayım dayanır" - deyən şöbə müdiri hamıdan yığılan rüşvətin icra başçısının tapşırığı olduğunu aşkar ifadə edir. Bu cür əməlləri ilə Qubada etirazları coşduran, narazılıqları artıran bu məmurun korrupsiya əməlləri cavabsız qalmaqdadır. Reallıq. Tv - yə müraciət edən rayon sakinləri kanalımİz vasitəsilə Cənab Prezidentdən kömək istəyir və Qubanın kabusuna çevrilən Rəsul Bayramovun cəzalandırılmasına tapşırıq verilməsini xahiş edirlər.
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.

Mövzuya qayıdacağıq.

Seçilən
37
2
paytaxt.org

3Mənbələr