Kadırov Rusiyanın Suriya üzrə nümayəndəsi təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb.
Dekabrın 9-da Çeçenistan rəhbəri bir həftəlik Moskvaya səfər edib və orada bir sıra görüşlər keçirib, o cümlədən prezident Putinlə. Ancaq bu görüşün rəsmi təsdiqi yoxdur.
Putin Kadırovla Çeçenistan rəhbərinin Rusiya hakimiyyəti ilə “Həyat Təhrir əş-Şam” (HTŞ) yaraqlıları arasında vasitəçi olması üçün onun bütün rəsmi və qeyri-rəsmi Yaxın Şərq təmaslarını gücləndirmək imkanını müzakirə edib.
Qeyd olunur ki, bunun müqabilində Kadırov Wildberries ətrafında münaqişənin öz xeyrinə həllinə nail olub.
“İndi Moskva Suriya hərbi bazaları ilə bağlı məsələni təcili həll etməlidir və Kadırov bacararsa, Wildberries-i bunun üçün əsirgəməyəcək”, – mənbə vurğulayır.
Xatırladaq ki, sentyabrın 18-də Moskvadakı Wildberries ofisində çeçen və inquş tərəflərinin nümayəndələri arasında münaqişə zəminində atışma baş verib.
Sosial şəbəkələr kadırovçuları münaqişənin təşəbbüskarı olmaqda və onların inquşlara qarşı düşmən münasibətində ittiham ediblər.
Xuraman Etibarlı
İnterpress.az