Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüşə hazır olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə ilin yekunlarına həsr olunmuş konfransda deyib.
"Mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, ümumiyyətlə, danışmamışam. Əlbəttə, istənilən vaxt onunla görüşməyə və danışmağa hazıram", - V.Putin qeyd edib.