AZ

Sərvər Hüseynov: “Böyük Qayıdış”ın simvolu məhz Cəbrayıl rayonudur”

Cəbrayıl tezliklə, eləcə də, işğaldan azad olunmuş digər yurdlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bu ayın əvvəlində Cəbrayıla növbəti köç yola salındı və 129 nəfərdən ibarət daha 34 ailə öz doğma yurdlarına qayıtdılar”.

Yenicag.az xəbər verir ki, bu haqda Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Cəbrayıl rayon təşkilatının sədr müavini Sərvər Hüseynov deyib.

Onun sözlərinə görə, “Böyük Qayıdış”ın simvolu məhz Cəbrayıl rayonudur:

“Çünki “Böyük Qayıdış” ilk olaraq Cocuq Mərcanlıdan başlayıb. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarəti altına keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən. işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ev, 96 şagird yerlik məktəb və məscid tikilərək istifadəyə verilib. 30 may 2018-ci il tarixdən sakinlər kəndə köçürülüb”.

VHP bölgə təmsilçisi bildirib ki, işğaldan azad olunan bütün ərazilər kimi Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir:

“2021-ci ildə cənab Prezidentin, eləcə də, rayon ziyalılarının, ictimaiyyətin iştirakı ilə təməlqoyma həyata keçirilib və indi də quruculuq işləri davam etdirilir. Artıq rayon mərkəzində 33 bina inşa olunub. Eyni zamanda, bir neçə kəndin təməli də qoyulub. Rayonun digər yerlərində də işlər dayanmadan həyata keçirilir. Bu da onu göstərir ki, bərpa və yenidənqurma işləri çox sürətli formada aparılır. Həyata keçirilən tədbirlərin fonunda demək mümkündür ki, Cəbrayılın öz sakinlərinə qovuşmasına çox az bir vaxt qalıb. Tezliklə cəbrayıllılar dədə-baba yurdlarına qayıdacaqdır. Sözügedən prosesin qısa müddət ərzində reallaşması üçün bütün işlər sürətli formada davam edir. İstər yol infrastrukturu, istər qaz və elektrik təchizatı ilə bağlı məsələlər operativ olaraq öz həllini tapır”.

Cəbrayılda həyata keçirilən şəhərsalmanın beynəlxalq şəhərsalma prinsiplərinə uyğun aparıldığını vurğulayan VHP rəsmisi əlavə edib ki, Cəbrayıl şəhərində Zəfər muzeyi, işğal muzeyi, məktəblər, bağçalar, tibb ocaqları və digər inzibati strukturlar üçün binalar inşa ediləcək:

“Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri başa çatandan sonra Cəbrayıl şəhəri Azərbaycanın gözəl guşələrindən biri olacaq. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olunub. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl, eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Əminik ki, “Böyük Qayıdış” qısa müddətdə uğurla başa çatdırılacaq və növbəti bələdiyyə seçkilərin işğaldan azad olunmuş ərazilərdə də baş tutacaq”.

Poliqon.info

Seçilən
1
2
poliqon.info

3Mənbələr