Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.
Viral.az xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.
Son Yazılar:
- Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs EDİLDİ
- Azərbaycanda məmur məhkəmə zalında həbs EDİLDİ
- Nərmini o həkim əməliyyat etməyibmiş
Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi (Qafqazinfo).