Bakı.Trend:
Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasındakeçirilən sorğunun nəticələrinə əsasən bildirilib ki, kişilərinmaaş ortalaması qadınların maaş ortalamasından 1.44 dəfə dahayüksəkdir.
Trend bu barədəDövlət Məşğulluq Agentliyinin Əmək Bazarı Bülleteninə istinadənxəbər verir.
Məlumata görə, ortalama olaraq bir qadının əməkhaqqı bir kişininəməkhaqqının 69%-ni təşkil edir.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası" qadınların orta aylıq əməkhaqqının kişilərinorta aylıq əməkhaqqına nisbətini 2021-ci ildəki 65.8%-dən 80%-əçatdırılmasını hədəfləyib.
Dövlət Statistika Komitəsi 2023-cü il bülletenində 2022-ci ilüzrə qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıqəməkhaqqına nisbətini 67.1% olaraq qeyd edib.
Əldə edilən məlumata əsasən, 2023-cü ilin son rübü üzrə burəqəmin 69% olması bu istiqamət üzrə müsbət trendin müşahidəedildiyini göstərir”, - deyə məlumatda qeyd olunub.