AZ

Gürcüstanda qripə yoluxma halları iki dəfə artıb

Son iki həftə ərzində Gürcüstanda qripə yoluxma halları iki dəfə artıb. Yoluxma halları artıq əhalinin 25 faizini təşkil edir. Yoluxanlar arasında məlum “donuz qripi” üstünlük təşkil edir.

News24.az xəbər verir ki, bu sözləri ölkənin İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze “Mtavari” media mərkəzinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, klinikada pnevmoniya diaqnozu ilə həddən artıq çox uşaq yatır, xəstəxanaya yerləşdirilmə nisbəti də artıb. Əvvəlki həftələrdə əsasən “A” tipli virus var idisə, indi “B” tipli virus yaranıb. Yoluxan 25 faiz əhalinin 2 faizində qripin “B” növü təsdiqlənib. Ən çox yayılan isə hələ də H1N1 virusu - məşhur “donuz qripi”dir. Əksər yoluxma halları H1N1 virusundan qaynaqlanır.

“Klinikamızda xəstələrin əksəriyyəti respirator virusdan əziyyət çəkir. Onların böyük əksəriyyəti qrip viruslarıdır. Ağciyər iltihabı 30-40 faiz hallarda inkişaf edir. Pnevmoniyadan yatan çoxlu uşaqlara antiviral dərmanlar istifadə etməli olduq. Qripə yoluxma hallarının artması səbəbindən xəstəxanaya yerləşdirmə də artıb”, - deyə İ.Çxaidze vurğulayıb.\azərtac


Seçilən
6
3
news24.az

4Mənbələr