Abxaziya parlamentinin qarşısında atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə TASS-a Abxaziya “baş prokurorluğundakı” mənbə məlumat verib.
“Parlamentin qarşısında atışma olub. İlkin məlumata görə, "deputat" Vaxtanq Qodandziya ölüb, daha bir "deputat" isə yaralanıb”, - mənbə bildirib.