Prezidentlik müddəti dekabrın 29-da başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya kimi mühacirətdə siyasətçi olmaq istəmir.
Qaziler.az xəbər verir ki, bu barədə o, “TVP World” telekanalına açıqlamasında deyib.
“Mən Tixanovskaya və ya Venesuela prezidenti (Venesuela prezidentliyinə namizəd Edmundo Qonzales - red.) olmaq təkliflərini görürəm, hansı ki mühacirətdə olduqları zaman tanınıblar. Mən bunu istəmirəm”, - deyə Zurabaşvili vurğulayıb.
Zurabişvilinin sözlərinə görə, onun Gürcüstanı tərk etmək niyyəti yoxdur və dəstəyə ehtiyacı var.
QAZİLER.AZ