AZ

Dövlət İmtahan Mərkəzi “Gənc psixometrik” təcrübə proqramına başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) “Gənc psixometrik” təcrübə proqramına başlayır.

 

Sfera.az xəbər verir ki, bunu DİM rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

 

Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib:

 

"Bu proqrama gənclər və təcrübəli müəllimlər qoşula bilər. Müəyyən imtahan və sınaqlardan sonra onlar bu prosesə cəlb ediləcək. Marker və qiymətləndirmə mütəxəssisləri bizə çox lazımdır. Bu sahəyə əmək bazarında kifayət qədər ehtiyac var".

Seçilən
4
6
sfera.az

7Mənbələr