Rusiya Ukrayna ilə İstanbul razılaşmaları əsasında və mövcud vəziyyəti nəzərə alaraq danışıqlar aparmağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Zelenski seçkiyə getsə və legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır.
Putin vurğulayıb ki, Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni lideri ilə imzalayacaq.