Ukrayna lideri Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Ukraynanın Aİ-yə qoşulmasını müzakirə edib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin teleqram kanalında məlumat verilib.
"Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüş zamanı biz Avropa Komissiyasının yeni tərkibinin işində prioritetləri və Ukraynanın Aİ-yə daxil olmasını müzakirə etdik", - məlumatda qeyd edilib.
Ukrayna lideri əlavə edib ki, tərəflər Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsi məsələsini də ayrıca danışıblar.
QAZİLER.AZ