AZ

Ali Məhkəmədə Türkiyə Ədliyyə Akademiyasının rəhbəri ilə görüş keçirilib – FOTO

Dekabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə Apress.az-a Ali Məhkəmədən məlumat verilib.
Nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Qonaqlara Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığından bəhs edilib, hakimliyə namizədlərin biliklərinin artırılması, eyni zamanda Türkiyənin məhkəmə təcrübəsinin öyrənilməsi məqsədilə səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhittin Özdemir ikitərəfli əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Seçilən
0
7
apress.az

8Mənbələr