AZ

İstər qazla, istərsə də odun ilə çalışan sobaların təhlükəsiz istismarı həyata keçirməlidir -AÇIQLAMA

Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunanların sayı 60 nəfərə çatıb.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ilkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan sobanın səbəb olduğu və uşaqların tüstüdən zəhərləndiyi bildirilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, istər qazla, istərsə də odun ilə çalışan sobaların təhlükəsiz istismarı həyata keçirməlidir:

“Onun həm quraşdırılması, həm də istismarı zamanı mütləq normativ tələblərə riayət etmək və daim nəzarətdə saxlamaq lazımdır.  Otaqda odun peçinin yerləşdiyi yerdə tavan və döşəmə yanmayan üzlüklə üzlənməli, yerdə iki metr diametrində metal lövhələr qoyulmalıdır. Həmçinin otaqda havalandırma mütləq şəkildə olmalı və onu daim nəzarətdə saxlamaq lazımdır. Otaq sobanın söndüyünə əmin olduqdan sonra otaq tərk edilməlidir. Peçin vaxtaşırı təmizlənməsi isə çox vacibdir. Çünki odun peçindəki tüstü kanallarının tıxanması, karbon qazı və digər zəhərli maddələrin otağa daxil olmasına səbəb ola bilər. Peçin düzgün işləməsi üçün müntəzəm olaraq baxılmalıdır. Ümumiyyətlə nəzarətdə saxlamaq, əlbəttə ki, onun həm təhlükəsiz istismarını, həm də baş vermə ehtimalı olan hər hansı bir təhlükənin qarşısını alır. Soba quraşdırılan yerdə təhlükəsiz şəkildə həyata keçirilməlidir ki, hər hansı bir bədbəxt hadisə baş vermə riski olmasın”.
Seçilən
30
sherg.az

1Mənbələr