"Mançester Yunayted"in hücumçusu Markus Reşford Səudiyyə Ərəbistanı klublarından birinə keçməkdən imtina edib.
Yenisabah.az The Telegraph-a istinadla xəbər verir ki, onu “Əl-İttihad”, “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-Əhli” klubları transfer etmək istəyib. Lakin 27 yaşlı hücumçu Avropanın hər hansı bir böyük klubu ilə müqavilə bağlamağa üstünlük verir.
İddialara görə, onun xidmətində PSJ, "Barselona" və "Yuventus" maraqlıdır.
Telegram kanalımız