AZ

Nəsimi RİH-də kitab təqdimatı oldu – Fotolar

Bakı şəhər İcra Hakimiyyətinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, millət vəkillərinin, şəhid ailələrinin, Vətən Müharıbəsi qazilərinin və rayon gənclərinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitunun layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

 Tribunainfo.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzüldükdən sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olub.
Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video filmə baxıb.

Təqdimat mərasimini giriş sözü ilə açan Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, bu gün əminliklə deyə bilərik ki, Ölkə başçısı İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam döğruldub: “Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb”.

Sonra tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Vaqif Şadlinski, Milli Məclisin deputatları- Məlahət İbrahimqızı, Afət Həsənova, Fatma Yıldırım, Asif Əsgərov və Elman Nəsirov yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.

 






Seçilən
0
8
tribunainfo.az

10Mənbələr