Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, AAYDA-nın Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.
Məlumata əsasən, qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.