AZ

Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası keçirilib

Türkiyənin Ankara şəhərində 16-cı Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası keçirilib.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verib.

Bildirilib ki, tədbirdə Azərbaycanı müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

A.Qurbanov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, icra olunan qarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub.

Səfər zamanı iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr aparılıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksəksəviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin Alt İşçi Qrupların iclasları keçirilib.

Seçilən
2
19
editor.az

10Mənbələr