Gürcüstanın separatçıların nəzarətində olan Abxaziya bölgəsinin “parlament”ində atışma baş verib.
Hokm.az bu barədə “Apsnypress” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, üç deputat arasında münaqişə nəticəsində parlament binasında atışma baş verib. Xəsarət alan iki parlamentari – Kan Kvarçiya və Vaxtanq Qolandzia xəstəxanaya yerləşdirilib. Daha sonra Qolandzia aldığı yaradan ölüb.
“Atəşma deputatlar Adqur Xarazia, Kan Kvarçiya və Vaxtanq Qodandziyanın iştirakı ilə baş verib. Xaraziya bir neçə dəfə atəş açıb, Kvarçiya və Qodandziya yaralanıb”, – Abxaziyanın Daxili İşlər Nazirliyi bildirib.
TASS-ın Abxaziya Baş Prokurorluğundakı mənbəsi atışmanın qapalı iclas zamanı baş verdiyini qeyd edib.
Abxaziyanın daxili işlər naziri vəzifəsini icra edən Robert Kiut bildirib ki, deputat Adqur Xaraziya hadisə yerindən qaçıb. O bildirib ki, Kan Kvarçia reanimasiyadadır, lakin onun həyatı üçün təhlükə yoxdur. Parlament binasında Daxili İşlər Nazirliyi və Prokurorluğun istintaq qrupları işləyir. Deputatlar arasında münaqişənin səbəbləri açıqlanmayıb.