AZ

Blinken: “ABŞ-nin son 20 ildə İranda rejimi dəyişmək cəhdləri uğurlu olmadı”

“Donald Tramp administrasiyası ilə Tehran arasında dialoqun bərpası ehtimalı qalır”.

KONKRET.az  “İnterfaks”a istinadən  xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

Onun fikrincə, İran nüvə silahı əldə etməyin nəticələrini anlayır və heç bir ABŞ administrasiyası Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək:  “Mən əminəm ki, bizim administrasiya bu siyasətə sadiq qaldığı kimi, növbəti administrasiya da həmin siyasətə sadiq qalacaq”. Dövlət Departamentinin rəhbəri həmçinin etiraf edib ki, ABŞ-nin son 20 ildə İranda rejimi dəyişmək cəhdləri uğurlu olmayıb. Onun sözlərinə görə, İranda mühafizəkar insanlar çoxdur və onlar özlərini rejimə borclu hesab edirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr