Aktual.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəliri ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 50% daha çoxdur.
"Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri isə ali təhsilini davam etdirməyən şəxslərin orta aylıq gəlirindən 119% daha çoxdur.
Magistr təhsilini xaricdə davam etdirən şəxslərin orta aylıq gəliri magistr təhsilini Azərbaycanda davam etdirən şəxslərin orta aylıq gəlirindən 45% daha çoxdur”, - deyə məlumatda qeyd olunub.