İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, İraq Təhlükəsizlik Media Şəbəkəsinin sözçüsü Mikdad Miri İraqa qaçan Əsəd rejiminin devrilmiş əsgərlərinin Suriyaya ekstradisiyasına bu gün başlanılacağını bildirib.

İndex.az xəbər verir ki, ekstradisiya prosedurlarının İraqdakı müvafiq orqanlar tərəfindən başlayacağını bildirən Miri, prosesin Suriya tərəfi ilə koordinasiyalı şəkildə həyata keçiriləcəyini bildirib.

Dekabrın 7-də devrilmiş Suriya rejiminin 2 minə yaxın əsgəri Əl-Qaim Sərhəd Qapısı vasitəsilə İraqa qaçıb.