Premyer-liqanın 3-cü turundan təxirə salınan “Şamaxı” - “Qarabağ” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlər önünə çıxıb.
- Bu gün üzücü məğlubiyyət oldu. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Futbolçularım xarakter göstərdi, vuruşdu. Epizodlardan daha yaxşı istifadə etsəydik, xal qazana bilərdik. Üçgündənbir oynayırıq. Heyətimiz geniş deyil. Sayılmayan qolumuzda ofsayd xətti müəmmalı qaldı. Məncə, şübhəli məqamdı. Mənə görə ofsayd yox idi. Davam edəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq.
- Cəlal Hüseynovdan başqa razılaşdığınız futbolçu var?
– Cəlalın transferini, demək olar ki, bitirmişik. Tanıdığımız futbolçudu. Milliyə namizəddi. Axtarışlarımız davam edir. Yerli oyunçu gətirmək çətindi, klublar buraxmır. Daha çox legioner transferlərinə köklənmişik. Ayrılan oyunçuların yerini mütləq doldurmalıyıq.
- Leroy Mikelsə təkliflər olduğu deyilir. Onu itirməkdən qorxmursuzmu?
- Leroyu iki il olardı izləyirdim, əvvəlki klubuma transfer etmək istəmişdim. Potensialı olan futbolçudu. Bizimlə müqaviləsi var. Təklif gəlsə, bəlkə fikirləşərik. Amma ümumən yaya kimi heç kimi buraxmaq fikrində deyilik. Bu oyunçuları Azərbaycan futboluna qazandıqmaq məni sevindirir.
- Üç gün sonra "Sabah"la matçınız var. Fiziki cəhətdən komanda üçün çətin olmayacaq?
- Qış fasiləsinə gedirik. Bütün komandalar yorğundu. Amma mən futbolçularıma inanıram. "Qarabağ"la matçdan 3 gün sonra "Sabah" kimi komandaya qarşı oynamaq çox çətindi. Komandanın bu gün göstərdiyi oyun mənə ümid verir.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta