AZ

Azərbaycanın Baş naziri: Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstəyi əsirgəməyəcəyik

Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaq. Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu məsələdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcək.

“Əminik ki, “2020-2030-cu illər üzrə yol xəritəsi” və gələcəkdə qəbul olunacaq strategiyalar D-8 ölkələri arasında əməkdaşlığı inkişaf etdirməklə yanaşı, dəyişən dünya kontekstində mövcud beynəlxalq mexanizmlərin yenidən nəzərdən keçirilməsinə xidmət edəcək”, - deyə Baş nazir Əli Əsədov vurğulayıb.

Seçilən
2
5
xalqqazeti.az

6Mənbələr