AZ

Azərbaycan və Pakistan XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

APA xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Görüşdə iki qardaş ölkə Azərbaycan və Pakistan arasında tarixi və mədəni əlaqələrin önəmini vurğulayan tərəflər, ikitərəfli əməkdaşlığın inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər", - paylaşımda qeyd edilib.

14:14
Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.

Görüş Misirdə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində baş tutub.

Seçilən
1
3
apa.az

4Mənbələr