Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycanı \"İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.
O, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.
\"Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq\", - əs-Sisi vurğulayıb.
Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.
\"İslam Səkkizliyi” (D-8 - Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.