AZ

İranın 4 min döyüşçüsünü Tehranın xahişi ilə Rusiya Suriyadan çıxarıb– Putin açıqladı

Image

Rusiya İranın xahişi ilə 4 min İran döyüşçüsünü Suriyadan Tehrana təxliyə edib. Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bildirib.

"Əgər əvvəllər İranlı dostlarımız bizdən öz bölmələrini Suriyanın ərazisinə köçürməkdə kömək etməyi xahiş edirdilərsə, indi onları oradan çıxarmağımızı istəyirlər. Biz Xmeymim bazasından 4 min İran döyüşçüsünü Tehrana təxliyə etdik", – deyə Vladimir Putin qeyd edib.

Onun sözlərinə görə, Hələb 350 döyüşçünü ələ keçirib, 30 min hökumət qüvvəsi və İran tərəfdarı bölmələri isə döyüşsüz geri çəkilib.

"Bəzi İran tərəfdarı olan bölmələr döyüşsüz Livana, digərləri isə İraqa çəkilib", – deyə Prezident əlavə edib.





Seçilən
1
2
baki-xeber.com

3Mənbələr