"Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm".
Adalet.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə keçirilən D-8 Zirvə toplantısında deyib.
"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm", - Ərdoğan vurğulayıb.