19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının ("D-8") sammiti zamanı Azərbaycan "D-8" təşkilatının üzvü seçilib.
Valyuta.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"D-8" İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın katibliyi İstanbul şəhərində yerləşir.Hazırda "D8"in baş katibi nigeriyalı səfir İsiaka Əbdülqədir İmamdır.