AZ

Putin Ukrayna ilə sülh imzalamasına münasibət bildirib

Rusiya Ukrayna ilə danışıqlara başlamaq üçün şərait görmür. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, Rusiya Zelenski seçkilərə gedib legitimlik qazanarsa, onunla danışacaq.
 
"Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq ", - prezident vurğulayıb. 

Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə müharibənin başa çatması ilə bağlı razılığa gəlmək istəyir.

"Biz hər zaman danışıqlara və kompromislərə hazırıq, sadəcə olaraq, qarşı tərəf danışıqlardan sözün əsl mənasında  imtina edib", -  Putin xatırladıb.
 
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb. İki ölkə arasında gərginlik hələ davam edir. ABŞ və Avropa müharibəyə etiraz olaraq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsələr də Rusiya geri addım atmayıb. 
 
Aytac 

www.anews.az
Seçilən
1
6
anews.az

8Mənbələr